Maliyyə problemləri içərisində var-gəl edən “Simurq”un futbolçuları yaranmış vəziyyətə biganə qalmayıblar.
Korner.az-ın məlumatına görə, Zaqatala klubunun üzvləri hazırda başlayan “İnter”lə oyunda start fiti verilən kimi etiraz olaraq yerə oturublar.
Bir neçə saniyə meydanda oturaraq rəhbərliyə etiraz edən futbolçular oyunu davam etdiriblər.
