“Rubin”in baş məşqçisi Qurban Berdıyev istefaya göndərilib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Rubin” rəhbərliyi Tatarıstan prezidenti Rüstəm Minnixanovla görüşdən sonra bu qərara gəlib.
Qeyd edək ki, Berdıyev 12 il “Rubin”də baş məşqçi olub.
