Qurban Qurbanov millidən ayrıldı!
08.12.2018 , 13:44

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda milli komandanın son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunub. Müzakirələrdən sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanov baş məşqçi postundan istefa verib.
Qeyd edək ki, Qurban Qurbanov ötən ilin sonunda bu posta təyin olunmuşdu.
