Topaz Premyer Liqası 22-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunundan öncə kiçik insident yaşanıb.
Korner.az-ın stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, stadionun “Neftçi” azarkeşləri üçün ayrılmış hissəsində PPX əməkdaşları ilə azarkeşlər arasında qarşıdurma yaşanıb.
Azarkeşlərin hansı klub fanatları olduğu məlum deyil.
