"Qarabağ"dan ayrılan Muarem Muaremin yeni komandası bəlli olub.
Korner.az-ın məlumatına görə, 26 yaşlı makedon futbolçu gözlənildiyi kimi "Əskişəhərspor"a transfer olub.
Futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Təqdimetmə mərasimində çıxış edən Muarem bunları söyləyib:
""Əskişəhərspor"da önəmli uğurlar qazanmaq istəyirəm. Qış fasiləsindən bəri komandanın bütün oyunlarını izləyirəm və buraya gəldiyim üçün xoşbəxtəm".
Qeyd edək ki, Muarem Muarem "Qarabağ"dan öncə "Teteks", "Orduspor" və "Rabotniçki" klublarında çıxış edib.
