Türkiyədə faciəvi olay yaşanıb.
Korner.az-ın məlumatına görə, ölkənin “Adıyaman Belediyespor” həndbol komandasının oyunçuları olan avtobus qəzaya uğrayıb.
Türkiyə mətbuatının yazdığına görə, bir nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. Hadisə “Kahramanmaraş-Kayseri Karayolu” magistral yolunda baş verib.
