"Fiorentina" qarşısında indiyə kimi ən yaxşı oyunumuzu oynadıq və qələbə qazandıq. Bu oyun 4:1 də bitə bilərdi".
Korner.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri İtaliya "İnter"inin prezidenti Massimo Moratti deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Neftçi" ilə oynayacaq "İnter"in başqanı Bakıya ediləcək səfərdən də danışıb:
"Qarşıda Bakıya səfərimiz var. Düzdü, daha yaxşı olardı ki, Bakıya başqa vaxt gedək. Çox istərdim ki, "Milan"la oyun "Neftçi"ylə görüşdən öncə baş tutsun. "Milan"la derbi öncəsi istirahət etsəydik, yaxşı olardı. Lakin getmək məcburuyyətindəyik. Bu oyuna da yalnız qələbə qazanmaq üçün çıxacağıq".
