Bu gün 25 avqustda "Xəzər Lənkəran" – "Neftçi" matçında tutulan 7 azarkeşin Lənkəran Rayon Məhkəməsində yekun məhkəməsi keçirilməli idi.
Korner.az-ın məlumatına görə, sonuncu dəfə 21 yanvarda təxirə salınan məhkəmə prosesi yenidən təxirə salınıb. Belə ki, Lənkəran Rayon Məhkəməsindən aldığımız məlumata görə, təqsirkar bildirilən şəxslər hava şəraiti ilə bağlı olaraq Lənkərana gətirilməyib. Məhkəmə prosesinin hansı vaxtda salındığı haqqda məlumat verilməyib.
