Türk futbol mütəxəssisi Mustafa Dənizli Azərbaycana gəlib.
Korner.az-ın məlumatına görə, Lənkəran aeroportunda Dənizlini “Xəzər Lənkəran” klubunun direktoru Höccət Hacıyev qarşılayıb.
Dənizi dərhal stadiona yollanıb. Hacıyev mütəxəssisi şəraitlə tanış edəcək və klub prezidenti Mais Mənsimovla görüş baş tutacaq.
Mustafa Dənizli öz növbəsində qısa söhbət əsnasında cənublularla gələcək işdən şad olduğunu dilə gətirib.
Qeyd edək ki, yaxınlarda “Xəzər Lənkəran” klubu Dənizli ilə müqavilə imzalayacaq.
