“Beşiktaş”ın yeni baş məşqçisi rəsmən məlum olub.
Korner.az-ın məlumatına görə, “qara qartal” Slaven Biliçlə münasibətləri rəsmiləşdirib.
Xorvatiyalı baş məşqçi İstanbul klubu ilə 3 illik müqaviləyə imza atıb. Biliç bu müddət ərzində ümumi olaraq 4 milyon 800 min avro qazanacaq.
Xatırladaq ki, Biliç “Beşiktaş”a gəlməmişdən öncə Rusiya “Lokomotivi”nə başçılıq edib.