UEFA "Qalatasaray" klubunu avrokubok yarışlarından 1 illik uzaqlaşdırıb.
Korner.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "sarı-qırmızılılar"ın prezidenti Dursun Özbek deyib.
Prezident bildirib ki, bu qərar haqsızdır: "UEFA-ya bildirdim ki, bizim yönətimimizə şans versinlər. "Qalatasaray"a cəza verməyin sistemə faydalı olmayacağını anlayacaqlar".
Cəza növbəti mövsüm tətbiq olunacaq.
