Maliyyə problemləri sarıdan əziyyət çəkən “Simurq”un 15 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatı çərçivəsində “Xəzər Lənkəran”la oyuna çıxmayacaq.
Korner.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran səfərindən imtina edilməsi isə maliyyə problemi ilə əlaqələndirilir. Bundna əlavə 15 yaşlılarda çıxış edən bir neçə futbolçu 14 yaşlılarn heyətinə cəlb olunub. Buna səbəb isə 14 yaşlıların 1/4 final mərhələsində oynamasıdı. Futbolçu çatışmamazlığı da Zaqatala klubunu pis vəziyyətdə qoyub və nəticədə əyalət komandası səfərdən imtina edib.
