Son 7 mövsümün rekordu
07.11.2023 , 14:32

Azərbaycan futbolunda son 7 mövsümün rekordu qeydə alınıb.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 2-ci Liqanın 10-cu turuna təsadüf edib.
“Dinamo”nu qəbul edən “Şahdağ Qusar” qonaqların qapısından 9 cavabsız top keçirib. Bu, son 7 mövsümdə PFL-in bayrağı altında keçirilən bütün yarışların ən böyükhesablı nəticəsidir.
Ən azı 9 top fərqli qələbə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınmışdı. Təxminən 7 il, yəni 2554 gün əvvəl – 2016-cı il noyabrın 8-də I divizionda mübarizə aparan “Zaqatala” “Energetik”ə daha böyük fərqlə qalib gəlib – 10:0.
