Tovuzun “Turan” klubu son 6 ildə ən yaxşı nəticəsini göstərib. Korner.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, ilk 10 matçda 13 xal toplayan qərblilər sonuncu dəfə 2005/06 mövsümündə belə uğurlu çıxış etmişdi. Həmin vaxt tovuzlular ilk 10 matçda hesabına 18 xal yazmışdı.
Sonrakı 6 mövsümdə “Turan” 2 dəfə ilk 10 turu hətta qələbəsiz də başa vurub. Bu, 2008/09 və 2010/11 mövsümlərində yaşanıb. Həmin vaxtlar startda müvafiq olaraq 3 və 4 heç-heçə əldə olunub. Ümumilikdə isə komanda startdakı 10 qarşılaşmanı 2006/07 mövsümünü 12, 2009/10-u 11, 2011/12-ni 10, 2007/08-i 7 xalla tamamlayıb.
Qeyd edək ki, “Turan” 1993/94 mövsümündə Azərbaycan çempionu olub.
