big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Son 4 ilin ən yaxşısı Etame Mbilla

07.04.2014 , 11:58

“Xəzər Lənkəran” 2014-cü ildə ilk ev qələbəsini qazandı. 

Korner.az  klubun saytına istinadən xəbər verir ki, ötən il dekabrın 20-də “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub etdikdən sonra öz meydanında 4 qarşılaşmaya çıxmış komanda həmin görüşlərdə qalib gələ bilməmişdi.

Bu il “Neftçi” (2:2) və “İnter”lə heç-heçə (1:1) etmiş, “Bakı”ya 0:2, “Simurq”a 1:3 hesabı ilə məğlub olmuş Mustafa Dənizlinin yetirmələri 106 gündən sonra doğma meydanda 3 xal əldə etdi.

4 oyunluq qələbə həsrətinə son qoyan “Xəzər Lənkəran” cari mövsüm imza atdığı klub tarixinin antirekordunu təkrarladıqdan sonra onun yenilənməsinə imkan vermədi. Komanda ötən ilin sentyabr-dekabr aylarında da ardıcıl 4 ev oyununda qalib gəlməmişdi.

Uğursuz seriyaya Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə oyunundakı 1:0 hesablı qələbə ilə son qoyan “Xəzər Lənkəran” Etame Mbillanın qolu ilə qalib gəldi. Kamerunlu futbolçu bununla da cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 9-a çatdırdı. Etamenin göstəricisi son 4 ildə “Xəzər Lənkəran”ın heyətində ən yüksək məhsuldarlıqdı. Sonuncu dəfə komandanın 9 və daha çox qol vurmuş oyunçusu buna 2009/10 mövsümündə nail olmuşdu.

Bütün yarışları nəzərə almaqla, Mbilla hazırkı mövsümdə 13 qolun müəllifidi.

Son yazılar

To Top