Son 17 ilin ən zəif “Real”ı
29.10.2018 , 19:00

Ötən gün İspaniya La Liqasının 10-cu turunda “Barselona”ya 1:5 hesabı ilə uduzan “Real” turnir cədvəlinin 9-cu pilləsinə yuvarlanıb
Madrid klubu sonuncu dəfə 17 il əvvəl bu cür uğursuzluqla üzləşib. 2001-2002-ci il mövsümündə komanda Visente Del Boskenin başçılığı altında 11-ci pilləyə qədər düşüb.
Qeyd edək ki, La Liqanın son 5 oyununda qalib gələ bilməyən komandanın baş məşqçisi Xulen Lopeteqinin bu gün istefeya göndəriləcəyi gözlənilir.
