Son 11 mövsümün rekordu
20.11.2023 , 12:43
“Baku Sportinq” Azərbaycan kubokunda son 11 mövsümün rekorduna imza atıb.
Korner.az xəbər verir ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda buna I təsnifat mərhələsində nail olub. Bakı klubu evdə “Kürmük Qax”a 6:0 hesabı ilə qalib gəlib.
Elman Sultanovun yetirmələri bununla da kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası olub.
Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/13 mövsümünün 1/16 final mərhələsinə təsadüf olunmuşdu. “Baku Sportinq”dən 4042 gün əvvəl – 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) görüşən “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.
Ümumiyyətlə Azərbaycan kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.