“Fənərbağça”nın ötən mövsüm “Vilyareal”dan heyətinə cəlb etdiyi Roberto Soldado bu mövsüm elə də uğurlu çıxış etmir. Oyunçu ötən ilki statistikası ilə müqayisədə bu il nisbətən zəif təsir bağışlayır.
Belə ki, 2016/17 mövsümündə İspaniyada keçirdiyi ilk 11 matçında 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan oyunçu bu il 5 qolu 16 matçda vurmağa nail olub.
“Vilyareal” 2016/17 – 11 oyun, 4 qol, 4 assist
“Fənərbağça” 2017/18 – 16 oyun, 5 qol, 1 assist
