Solari “Real”ın tarixinə düşdü
13.11.2018 , 14:39

“Real”da baş məşqçi vəzifəsini müvəqqəti icra edəm Santyaqo Solari Madrid klubunun tarixinə düşüb.
Komanda argentinalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi ilk 4 qarşılaşmada qalib gəlib. Top fərqində də göstərici əladır – 15:2.
Bu, 116 yaşlı klubun tarixində ən yaxşı göstəricidir. Düzdür, indiyədək 5 məşqçi debütdə ardıcıl 4 oyunda qələbə qazanıb, ancaq heç birində belə top fərqi olmayıb.
Qeyd edək ki, indiyədək heç bir klubu çalışdırmayan Solarinin “Real”da baş məşqçi qalacağı iddia olunur.
