UEFA Fransanın PSJ klubunu növbəti mövsüm avrokuboklardan kənarlaşdıra bilər.
Korner.az-ın “The Telegraph”a istinadən verdiyi məlumata görə, buna Paris təmsilçisinin əməkdaşlıq etdiyi Qətərin maliyyə strategiyasının UEFA-ya uyğun gəlməməsi səbəb olub.
Belə ki, PSJ klubu Qətərdən ilinə 200 milyon avro qazanır. Bu isə PSJ ilə digər Avropa klubları arasında böyük fərq yaradır. Məhz bu səbəbdən UEFA Fransa klubuna növbəti mövsümdən avrokuboklara buraxılmayacağı ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/4 finalında “Çelsi” klubu ilə qarşılaşacaq.
