Ukraynanın Xarkov şəhərindən İstanbula uçan təyyarə qaçırılıb.
Korner.az-ın məlumatına görə, “Pegasus” hava yollarına məxsus təyyarəni üzərində bomba olduğunu bildirən bir nəfər girov götürüb.
Həmiş şəxs pilotdan təyyarəni hazırda Qış Olimpiya Oyunlarının açılış mərasiminin keçirildiyi Soçiyə aparmağı tələb edib. Pilot isə onu aldadaraq “Soçiyə gedirik” deyib və təyyarəni F16-nın müşayəti ilə Sabiha Gökçen hava limanına endirib.
Hazırda təyyarə hava limanın təhlükəsiz bölgəsində saxlanılır. İçəridəki şəxs “üstümdə bomba var” dedyindən Türkiyə təhlükəsizlik qüvvələri terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmır.
