“Qalatasaray Liv Hospital” – “Srvena Zvezda” basketbol qarşılaşmasından əvvəl serb azarkeş Marko İvkoviçin öldürülməsindən sonra baş qaldıran gərginlik davam edir.
Korner.az-ın məlumatına görə, ötən gün “Srvena Zvezda”lı azarkeş qrupu “Delije”nin üzvləri “Mladost”la səfər oyunu zamanı “sarı-qırmızılılar”ın formasını yandırıblar.
Xatırladaq ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu serb həmkarı Aleksandar Vuçiçə zəng edərək İvkoviçin ölümündən kədərləndiyini bildirmişdi.
