Hollandiya Erediviziyası çərçivəsində keçirilən "PSV Eyndhoven" – "Zvolle" qarşılaşmasında qan tökülüb.
Korner.az-ın məlumatına görə, 1:3 hesabıyla uduzan meydan sahibi komandanın futbolçusu Erik Piters rəqib oyunçuya qarşı kobud hərəkətinə görə qırmızı vərəqə aldığından meydanı əsəbi tərk edib.
O, meydançanı tərk edib paltardəyişmə otağına gedən tuneldəki şüşəni sındırıb. Operatorun saniyə-saniyə çəkdiyi epizodun davamında şüşənin üzərində qan izləri görünür. Yarası ciddi olduğundan, futbolçunun dərhal xəstəxanaya aparıldığı deyilir.
