Rumıniya məhkəməsi Popeskunu bağışlamadı
Türkiyənin "Qalatasaray" klubunun canlı əfsanəvi futbolçusu Georgi Popesku həbs edilib.
Korner.az-ın məlumatına görə, Rumıniyanın əfsanəvi futbolçularından olan Popesku və ondan başqa daha 5 nəfər həbs edilib.
Popesku 3, George Copos 5 , Viktor Bekali 7, Giovani Bekali 8 illiyinə azadlıqdan məhrum ediliblər. Adı çəkilməyən bir menecer isə 4 illik azadlıqdan məhrum edilib.
Sözügedən şəxslər 2008-ci ildə baş tutan 12 transfer zamanı qayda pozuntularına yol vermələridi. Belə ki, Popesku və başçılıq etdiyi digər şəxslər bu trasnferlərdən 10 milyon qazanc əldə ediblər.
Həbs edilənlər transfer zamanı ciddi qayda pozuntularına yol verərək, futbolçuların transfer gəlirlərindən xeyli pul əldə ediblər.
Popesku daxil digər 5 şəxs futboldan tamamilə uzaqlaşdırılıblar.
