Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyev komandanın təlim-məşq toplanışından qovulub.
Elçin Əliyevin yunan-roma güləşi üzrə milli komandadan qovulamsının detalları məlum olub.
Korner.az-ın məlumatına görə, idmançı millinin iranlı baş məşqçisi Çəmşid Xeyrabadinin tələbi ilə komandadan uzaqlaşdırılıb.
Elçin Əliyev sələfi təriqətinə inanc gətirməsi şiə olan iranlı məşqçinin təpkisi ilə qarşılanıb. Nəticədə idmançı qadağaya məruz qalıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, buna səbəb idmançının saqqal saxlaması olub. İdmançıdan saqqalını qırxmağı tələb ediblər, o isə bundan imtina edib.
Bundan sonra idmançını təlim-məşq toplanışından uzaqlaşdırıblar.. Ona deyiblər ki, yalnız saqqalını qırxdırdıqdan sonra millinin heyətinə qayıda bilər.
publika.az
