Argentina millisinin futbolçusu Lionel Messi dünən Rumıniya ilə yoldaşlıq görüşünün yeddinci dəqiqəsində meydana qusub.
Korner.az-ın goal.com-a istinadən verdiyi məlumata görə, oxşar hadisənin artıq üçüncü dəfə təkrarlanması azarkeşlərdə narahatlıq yaradıb.
Messi isə oyundan sonra verdiyi açıqlamada səhhətində hansısa problem olmadığını deyib.
Qeyd edək ki, “Barselona”nın futbolçusu Messi daha əvvəl “Levante” və Argentinanın Boliviya ilə qarşı keçirdiyi matçlarda da qusmuşdu.