PSJ-nin ulduzu Zlatan İbrahimoviç dopinqdən istifadə etməkdə ittiham edilib.
Korner.az-ın məlumatına görə, bunu İsveç milli komandasının həkimi Ulf Karlsson deyib.
Onun fikrincə, 2004-2006-cı illərdə “Yuventus”un formasını geyinən İbrahimoviç Turin klubunda dopinqdən istifadə edib:
“Zlatan “Yuventus”da çıxış etdiyi dövrdə 6 ayda 10 kq kökəlmişdi. Həmin vaxt dopinq qəbul etdiyini düşünürəm. Ən azından mən belə olduğuna inanıram. Albin Ekdal da “Yuventus”da oynayanda 8 kq kökəlmişdi. Fikrimcə, bu “Yuventus”da bir ənənədi. Əvvəllər 22 aylıq cəzalandırılmış bir həkimləri var. Mən sadəcə İbrahimoviçi ittiham etmirəm. Bu kollektiv bir ittihamdı”.
İbrahimoviçin meneceri Mino Raiola artıq məsələyə münasibət bildirib: “Bu adam böyük səhvə yol verib. Yalan məlumatlar yaydığına görə onu məhkəməyə verəcəyik”.
