Yamaykalı sprinter Nestı Karter 6 aydan bir ilə kimi cəzalandırıla bilər.
Korner.az-ın məlumatıma görə, buna idmançının qadağan olunmuş preparatdan istifadə etməsi səbəb olub.
Dopinq testi müsbət çıxan 30 yaşlı idmançı 2008 Olimpiadasında qazandığı qızıl medaldan məhrum edilə bilər. Onunla yanaşı, Useyn Bolt, Asafa Pauell və Maykl Frateri də eyni cəzanın gözlədiyi bildirilir. Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək.
Qeyd edək ki, Karter 2008 Olimpiadasında 100 metr məsafəyə qaçışda qızıl medala yiyələnib. O, həmçinin 2011, 2013 və 2015-ci illərdə dünya çempionu adını qazanıb.
