"Qalatasaray" idarə heyyətinin sədri İrfan Aktar maraqlı açıqlamaları ilə diqqət çəkib.
Korner.az-ın məlumatına görə, klub rəsmisi Türkiyə mediasına verdiyi açıqlamada "Fənərbağça"nın Sneyder transferində "Qalatasaray"a maneə törətməsindən danışıb:
"Biz Sneyderi transfer etmək üzrə olanda "Fənərbağça"lılar Pier van Hoydonqla İtaliyaya gedib bu transferi əngəlləmək üçün əllərindən gələni edirdilər. Onlar Sneyderi öz klublarına transfer etmək üçün can yandırırdılar. Hətta Morattini ("İnter"in prezidenti) yoldan çıxartmağa çalışsalarda bu alınmadı. Moratti: "Biz "Qalatasaray"la söz kəsmişik" – deyib, onların arzusunu ürəylərində qoydu".