Azərbaycan Birinci divizionunda çıxış edən bir komandanın hakimlərə “şirinlik” verərək rəqib komandanı uduzdurmaq istədiyi iddia olunur.
Bu barədə saytımızın e-mail ünvanına göndərilmiş məktubda bildirilir. Məktubda qeyd olunur ki, “Neftçala” hazırkı lider “Araz-Naxçıvan”ı büdrətmək üçün hakimlərlə iş birliyinə girib.
Məktubu nöqtə-vergülünə toxunmadan diqqətinizə çatdırırıq:
“Salam korner.az saytı. Mən bu məktubu yazmaya da bilərdim. Amma təəssüf ki, Neftçalanın, onun rəhbərliyinin bu qeyri peşəkar addımı məni bunu yazmağa vadar etdi.
Bildiyimiz kimi bu mövsümdən birinci diviziona "Araz" kimi, "Mil-Muğan" kimi yeni komandalar qoşuldu. Bu isə futbolumuza əlavə rənglər qatır. Təəssüflə qetd etmək istəyirəm ki, Neftçala rəhbərliyi hakimlərə "şirinlik" təklif edirlər ki, bəs biz "Araz"la yaxınıq, siz çalışın, onlara oyunlar zamanı xal verməyin. Dostluq hara, belə hərəkətlər hara?”
İddiayla bağlı “Neftçala”nın da mövqeyini öyrənəcəyik.