“Qalatasaray”ın
baş məşqçisi Fatih Terim postundan istefa verəcək.
Korner.az-ın məlumatına görə, bu iddianı “Miliyyət” qəzeti
ortaya atıb.
İddiaya görə, “sarı-qırmızılılar”ın növbədənkənar president
seçkilərinə getməsi Terimi də narahat edib. Son başqan Ünal Aysalla münasibətləri
əla olan “İmperator”, seçkidə başqa adamın namçizədliyini irəli sürməsi halında
istefa verərək seçkinin nəticəsini gözləyəcək. Aysal president seçiləcəyi təqdirdə,
yenidən postuna qayıdacaq.
Qeyd edək ki, Terim 2011-ci ildə “Qalatasaray”la 3
illik müqavilə imzalamışdı.