Bakının "İnter" klubunun iki futbolçusu naməlum şəxslər tərəfindən bıçaqlanıb. Korner.az-ın məlumatına görə, Bakının Nəsimi rayonunda “İnter” futbol klubunun iki gürcü futbolçusu “Mamoniya” kafesinin yaxınlığında bıçaqlanıb.
"Bankirlər"in hücumçusu Georgi Adamiya və qapıçısı Georgi Lomaya sözügedən barın qarşısında naməlum şəxslərin hücumuna məruz qalıblar. Cinayətkarlar futbolçuları bıçaqla hədələyərək əyinlərindəki gödəkçəni, telefonlarını və pullarını almaq istəyiblər.
Lakin "İnter" tərəfi məsələyə aydınlıq gətirib. Belə ki, Adamiya deyil silahlı hücuma Lomaya və Abramidzenin məruz qaldığı bildirilib.
Futbolçular müqavimət göstərərkən həmin şəxslər onlara bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
