DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində San-Marino millisini öz meydanında 9:0 hesabıyla məğlub edən Ukrayna yığması cəzalandırıla bilər.
Korner.az-ın məlumatına görə, Ukrayna Futbol Federasiyasının vitse prezidenti Sergey Storojenko sentyabrın 11-də bununla bağlı FİFA-dan rəsmi məktub aldıqlarını deyib.
Storojenkonun sözlərinə görə, məəktubda FARE təşkilatının nümayəndəsinin oyun zamanı stadionda neqativ hallar müşahidə etdiyi bildirilir. Təşkilat mnümayəndəsi stadiona "SS-Qaliçina" diviziyasının (bu diviziya Böyük Vətən müharibəsi illərində almanlar tərəfindən Ukrayna ərazisində yaradılmışdı) loqosu yapışdırılmış və üzərində "88" yazılmış (bu rəqəmlərin faşistlər tərəfindən iki "H" hərfinin yan-yana qoyulması, yəni "HH" kimi zah olunur və mənası "Heil Hitler"-di) bannerlər olduğunu, bəzi azarkeşlərin Ukrayna yığmasının milliləşdirilmiş futbolçusu Edmara qarşı irqi ayrı-seçkilik etdiklərini müşahidə edərək bunları raportuna yazıb.
Storojenko deyib ki, bu hərəkətlərə görə ən ağır cəza tətbiq oluna bilər. Ən ağır cəza isə Ukrayna millisinin aktivindıən 3 xalın silinməsi, növbəti ev oyununu azarkeşlərsiz keçirmək və böyük məbləğdə pul cəriməsidi.