Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim həbs oluna bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb "imperator" ləqəbli çalışdırıcının ötən ilin oktyabrında "Antalyaspor" və "Qalatasaray" klublarının qarşılaşması zamanı təhqir etdiyi qadın azarkeş Mürüvet Karaboğan Terimə qarşı 4 il 8 aylıq həbs tələbi ilə yeni iddia qaldırılıb.
Terimin həbs olunmasını istəyən qadın azarkeş bundan sonra məşqçidən 100 min lirə təzminat tələb edir.
İşi araşdıran Antalya prokuroru Fevzi Arqıçin hazırladığı ittiham aktında Fatih Terimin cəzalandırılması tələb edilir.
Sözügedən iddiaya aprelin 22-də baxılacaq.