Türkiyə millisinin Şimali İrlandiya ilə oyunundan sonra üzücü hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, komandanın gənc ulduzu Salih Uçan oyundan sonra duş alarkən nəfəs almaq problemi yaşayıb və qısa müddətli huşunu itirib.
Lakin həkimlərin müdaxiləsindən sonra o özünə gəlib.
Futbolçunun bu problemi yaşamasına səbəb oyundan qabaq stadionun ot örtüyünə səpilmiş xüsusi gübrə və toz dənəcikləri olub.
