ŞOK: Avroliqa oyununda hakimin başını yardılar!
10.08.2018 , 09:45
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Şturm” (Avstriya) – AEK (Kipr) matçında insident yaşanıb.
Görüşün 78-ci dəqiqəsində azarkeşlərin atdığı şüşə butulka yan xətt hakiminin başına dəyib. Yerə yıxılan laysmanın başından qan açılıb. Nəticədə oyunun baş hakimi qarşılaşmanı dayandırıb. Matç təxminən 40 dəqiqə fasilədən sonra davam etdirilib.
Qeyd edək ki, görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
