ŞOK: “Arsenal”ın ulduzları narkotik maddədən istifadə edib
07.12.2018 , 14:39

İgiltərənin “Arsenal” klubu ilə bağlı şok iddia ortaya atılıb. Mövsümdən öncə avqust ayının əvvəlində London klubunun bir sıra ulduz futbolçularının narkotik tərkibli maddə olan azot 1-oksiddən (şadlandırıcı qaz) istifadə etdiyi bildirilib.
Bu barədə “The Sun” yazıb. İddiaya görə, “topçular”ın ulduz futbolçuları – Mesut Özil, Pyer Emerik Obameyanq, Aleksandr Lyakazette, Sead Kolaşinats və 19 yaşlı Matteo Qenduzi bir gecə klubunda sözügedən qazı qəbul edərkən görüntülənib. Genduzinin komanda yoldaşlarının təzyiqi ilə maddədən istifadə etdiyi və bir müddət huşunu itirdiyi qeyd olunur.
Hadisənin şahidi “The Sun”a bunları deyib: “Balonlar və azot oksidi məkana gətirildi. Bir çox fubolçu ondan istifadə etdi. Özil bir müddət özünü itirmişdi. Balondan dərin bir nəfəs aldı və huşunu itirdi”.
Yayılan görüntülərdə Henrix Mxitaryan və Şkodran Mustafi də olsa da, onların istifadə etmədiyi bildirilir.
Xəbərdə, həmçinin, “Arsenal”lı futbolçuların olduğu yerdə 70-ə yaxın qadının olduğu və gecə boyunca əyləndikləri qeyd olunub.
Klub rəsmi açıqlama verməsə də, məsələnin futbolçularla müzakirə ediləcəyi bildirilir.
Sözügedən maddə İngiltərədə yaşı 18-dən aşağı olanlar üçün illeqaldı və daha çox tibbdə istifdə olunur. Bu maddənin yetərli oksigen olmayan yerlərdə istifadəsi ölümə səbəb ola bilər.
