Amerikada həvəskarlar arasında keçirilən futbol çempionatında faciəvi olay baş verib.
Korner.az-ın "sporx.com"a istinadən yaydığı xəbərə görə, 17 yaşlı futbolçu sarı vərəqə aldığıdan dərhal sonra qarşılaşmanın baş hakimi Rikardo Portilyoya zərbə endirib.
Nəticədə 46 yaşlı hakim zərbənin gücündən komaya düşüb. Bir neçə gün xəstaxanada yatdıqdan sonra Postilyo dünən vəfat edib. Futbolçu isə həbs olunub.
