Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) futbol üzrə Hollandiya çempionatında çıxış edən kluba sponsorluq edə bilər.
Korner.az-ın məlumatına görə, bu haqda məlumatı Hollandiya mətbuatı yayıb.
Hal-hazırda ən yaxşı dövrünü keçirən klub sponsorsuzdu və Azərbaycan şirkətinin onunla danışıq apardığı deyilir. Tərəflər razılığa gələ bilsə, Arnhem təmsilçisi ilinə 10 milyon avro alacaq.
Xatırladaq ki, "Vitess"ə sponsorluq etmək istəyən SOCAR hal-hazırda "Neftçi"nin sponsorudu.
