Sneyderin vida oyunu keçiriləcək
25.12.2019 , 16:50

Niderland millisinin sabiq futbolçusu Uesli Sneyderin vida oyunu keçiriləcək.
Korner.az xəbər verir ki, son mövsümü Qətərin “Əl-Qarafa” klubunda keçirən futbolçunun yubiley matçı 2020-ci ilin iyunun 3-də Utrext şəhərində baş tutacaq.
Vida matçında Sneyderin sabiq komanda yoldaşları dəvət alacaq.
“Ayaks”ın yetirməsi “Real” (Madrid), “İnter”, “Qalatasaray”, “Nitsa” klublarında da çıxış edib.
