Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray”ın futbolçusu Uesli Sneyder komandadan ayrılır.
Korner.az-ın məlumatına görə, bu haqda “Gazzetta TV” xəbər yayıb.
Bildirilir ki, gələn mövsümdən Roberto Mançininin “Roma”ya baş məşqçilik edəcəyi demək olar ki dəqiqləşib. Təcrübəli mütəxəssisin transfer siyahısında isə Uesli Sneyder ilk sıradadır.
