UEFA Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Neftçi"nin rəqibi olan İtaliya "İnter"inin hollandiyalı futbolçusu Uesli Sneyder maraqlı açıqlaması ilə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi, A Seriasında "Torino"nu məğlub etdikləri üçün xoşbəxt olduğunu, lakin baş məşqçisi Andrea Stramaççioni ilə aralarında heç bir münaqişənin olmadığını dilə gətirib:
"Torino"nu məğlub etdiyimiz üçün sevinirəm. Ancaq bir az da əsəbiyəm. Hər oyunda meydanda olmaq istəyirəm. Əsas heyətdə yer almaya bilərəm. Ancaq bu o demək deyil ki, mənim baş məşqçi ilə problemim var. Mənim komandada xüsusi yerim var. Xahiş edirəm, hər şeyi "ağ" eləməyin".
