"Qalatasaray” nəhayət ki, Uesli Sneyderin keçidini həll edib.
Korner.az-ın məlumatına görə, hollandiyalı yarımmüdafiəçi dünən Türkiyə klubunun rəsmiləri ilə əlaqə saxlayaraq, “İnter”lə aradakı problemini həll etdiyini bildirib. Artıq tərəflər arasında hərtərəfli anlaşma əldə edilib. Sneyderin bu gün Türkiyəyə gələcəyi və tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcəyi bildirilir. Futbolçunun yeni klubunda illik qazancı təxminən 6 milyon avro olacaq. O, “cim-bom”la 3,5 illik möqaviləyə qol çəkəcək.
