“Qalatasaray”ın futbolçusu Uesli Sneyder haqqında İngiltərə mətbuatında maraqlı xəbər yer alıb.
Korner.az-ın məlumatına görə, xəbərdə hollandiyalı futbolçunun “Cim Bom”lu azarkeşlərdən qorxduğu üçün “Mançester Yunayted”ə keçmək istəmədiyi bildirilib. Belə ki, əslində Sneyder “Qırmızı Şeytanlar”ın təklifini müsbət qarşılayıb. Lakin, “Sarı-Qırmızılı” azarkeşlərdən reaksiyasından qorxduğu üçün İstanbul nəhəngindən ayrılmağı düşünmədiyi bildirilib.
