“Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyder iddialı açıqlama verib.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqlar “Çelsi” ilə oyunu dəyərləndirib. Belə ki, 29 yaşlı futbolçu keçən mövsüm Mourinyonun komandasına uduzsalarda, bu dəfə portuqaliyalı mütəxəsisin üzələcəyini bildirib:
“Ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsində Mourinyonun komandası “Real”a məğlub olaraq mübarizəni dayandırmışdıq. Lakin bu səfər fərqli olacaq, o vaxtdan çox şey dəyişib. Hazırda onun komandasının şansları çox azdı və bu səfər Mourinyo üzüləcək“.
