Mövsümün əvvəlində “Qalatasaray”dan ayrılaraq “Nitsa”ya transfer olan Uesli Sneyder Fransa klubundan ayrıla bilər.
Bu barədə məşhur “L’Équipe” nəşri məlumat yayıb. Hollandiyalı ulduz çox şans qazanmadığına görə komandadan ayrılmaq istəyir. Qəzetin iddiasına görə 33 yaşlı yarımmüdafiəçi “Nitsa”da xoşbəxt deyil və karyerasını Amerika klublarının birində davam etdirə bilər.
