Bu yay “Qalatasaray”dan ayrılaraq “Nitsa”ya keçən Uesli Sneyderin burada da bəxti gətirmir.
Hollandiyalı yarımmüdafiəçi sabah UEFA Çempionlar Liqasının pley-off matçında “Napoli”yə qarşı keçiriləcək matçı buraxacaq.
Buna səbəb onun heyətə cəlb edilməməsidi. “Qırmızı-qaralar”ın baş məşqçisi Lüsyen Favrın fikrincə Sneyderin hazırkı fiziki durumu italyanlarla matçda iştirak etməyə uyğun deyil.