Hollandiya millisinin və "Qalatasaray"ın önəmli futbolçularından biri olan Uesli Sneyder maraqlı açıqlamalar verib.
Korner.az xəbər verir ki, futbolçu kapitanlığı itirdiyinə görə heç də təəssüflənmir: "Kapitanlıq hərşey demək deyil. Robben və Van Persi ilə birlikdə olduğum müddətdə heçbir problem yoxdur. Komandama tam şəkildə kömək etməyə hazıram".
