“Qalatasaray”ın hollandiyalı oyunçusu Uesli Sneyderin yeni mövsüm öncəsi klubun məşqlərinə hələ ki, qoşulmaması böyük söz-söhbətlər doğurub.
Korner.az-ın məlumatına görə, ulduz futbolçunun “Qalatasaray”ın mövsümöncəsi ilk məşqində iştirak etməməsinin səbəbinə aydınlıq gəlib.
Hollandiyalı yarımmüdafiəçi oğluna görə məşqlərə qoşula bilməyib. Sneyderin bununla bağlı klubun baş məşqçisi Rikerinkə məlumat verdiyi bildirilib. Lakin klubun rəhbərliyi oyunçunun bu addımından narazı qaldığı və İstanbulda olmadığı hər gün üçün onu 10 min avro ilə cəzalandıracağı bildirilib.
