"Hollandiya, İtaliya, İspaniyanın ardından Türkiyədə də, çempionluq sevinci yaşadım. Bununla qürur hissi keçirirəm".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qalatasaray"ın hollandiyalı ulduz futbolçusu Uesli Sneyder deyib.
Hollandiya mətbuatına danışan Sneyder yeni mövsümün onun üçün daha düşərli olacağına inandığını bildirib:
"Yeni mövsümün mənə daha çox uğur gətirəcəyinə inanıram. Artıq söz məndədi. Səbirsizliklə Çempionlar Liqasında oynamağı gözləyirəm. Türkiyə Super Liqası çox çətin bir çempionatdı. Məhz bu səbəbdən həm "Qalatasaray", həm də "Fənərbağça"nın Avropada bu mövsüm göstərdiyi nəticələr təsadüf deyil".
